Hindistanın adının “Bharat” olaraq dəyişdiriləcəyi iddia edilir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, adın dəyişdirilməsi ilə bağlı qərar parlamentin sentyabrda keçiriləcək növbədənkənar iclasında qaldıra bilər.

Hindistan Konstitusiyası hazırda ölkədən “Hindistan, yəni Bharat...” kimi bəhs edir, lakin onun sadəcə “Bharat” olaraq dəyişdirilməsinə çağırışlar artır. Mənbələr hökumətin Hindistanın adının dəyişdirilməsi ilə bağlı qərarı qəbul edəcəyini bildiriblər.

 

Gözəl Həşimova