Hindistanın Kerala əyalətində baş tutan Koçin Elm və Texnologiya Universitetində keçirilən konsertdə izdiham yaşanıb, nəticədə 4 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Məlumata görə, Koçin Universitetində keçirilən festivalda Nikita Qandinin konserti zamanı izdiham yaşanıb. İzdihamda 4 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Səlahiyyətlilər hadisənin konsertin keçirildiyi yerin giriş-çıxışının eyni olduğu üçün baş verdiyini iddia edib.

Əyalətin baş naziri Pinarayi Vijayan "X" sosial media platformasında verdiyi açıqlamada həyatını itirənlərin ailələrinə başsağlığı verib və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.