Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Hindistanda 5,2 bal gücündə zəlzələnin qeydə alındığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, yeraltı təkanların episentri təxminən 25 min nəfər əhalisi olan Padam şəhərindən 35 km cənubda yerləşib. Zəlzələnin ocağı 21 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.