Hindistanın Assam əyalətinin Quvahati şəhəri yaxınlığındakı Rani kəndində qida axtarmaq üçün yaşayış məntəqələrinə enən 3 fili elektrik cərəyanı vuraraq öldürüb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, ölən fillər hadisədən təsirlənən yerli xalq və rəsmilər tərəfindən təşkil edilən mərasimlə dəfn edilib.

Mərasimə qatılan vətəndaşlar fillərin üzərinə gül dəstələri qoyublar.