"Hindistan və ABŞ hakimiyyəti investorların diqqətini Cənubi Asiya respublikasına cəlb etmək üçün yeni fond təsis edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistanın sənaye və ticarət naziri Piyuş Qoyal Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti ilə qısa görüşü şərh edən nazir qeyd edib ki, ölkələr iqlim dəyişikliyi ilə bağlı məsələlərdə eyni fikirdədirlər:

"Bu gün biz hər iki ölkənin hökumətlərinin fəal şəkildə töhfə verəcəyi yeni fondu işə saldıq. Ümid edirik ki, bu, Hindistana sərmayə qoymaq üçün katalizator rolunu oynayacaq".

 

Gözəl Həşimova