"2024-cü ilin yanvarından Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin təşkilata qoşulması ilə BRİCS-in qlobal ÜDM-dəki payı 30%-ə yüksələcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Mərkəzi Bankının araşdırmasında deyilir.

"BRİCS-in yeni altı üzvünün qlobal ümumi daxili məhsuldakı (ÜDM) payı hazırda 4% təşkil edir. Milli ÜDM Səudiyyə Ərəbistanında 4%-ə, Argentina, BƏƏ və Misirin hər birində 2%-ə, İranda isə 1%-ə çatır. Efiopiyanın ÜDM-i BRİCS-in qlobal ÜDM-dəki payının artmasına demək olar ki, heç bir təsir göstərməyəcək", Economic Times qəzeti bankın araşdırmasına istinadən yazır.

Hazırda BRİCS-in ümumi ÜDM-nə Çinin töhfəsi 70%, Hindistanın - 13%, Rusiyanın - 8%, Braziliyanın - 7%, Cənubi Afrikanın - 2%-dir. BRİCS-in qlobal ÜDM-dəki payı 26%-dir.