Hindistanın “Çandrayaan-3” kosmik tədqiqat aparatı Ayın cənub qütbündə missiyasını başa vurduqdan sonra yuxu rejiminə keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Araşdırmalar Agentliyi məlumat yayıb. 

Məlumata görə, günəş işığı artıq Ayın həmin bölgəsinə çatmır: "Kəşfiyyat vasitəsi öz missiyalarını tamamladı. İndi o, təhlükəsiz şəkildə park edilib və yuxu rejiminə salınıb".

Kəşfiyyat vasitəsi ilə toplanan məlumatların Yerə ötürüldüyü bildirib: "Hazırda akkumulyator tam doludur. Günəş paneli 22 sentyabr 2023-cü ildə, növbəti günəş doğması zamanı enerji alacaq. Qəbuledici açıq saxlanılır. Yeni missiyalar üçün uğurlu oyanış ümidi ilə!"