"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 5-də İspaniyada keçiriləcək iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüş keçirəcəklər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedəcək. Burada sentyabrın 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Almaniya Kansleri Olaf Şolts ilə görüşəcək. Bundan başqa o, liderlərin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlaşmaq üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə də müzakirələr aparacaq”, - məlumatda deyilir.