Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Avropa İttifaqının (Aİ) diplomatları arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Şarl Mişelin diplomatik müşavirlərindən olan Simon Mordu "X"də paylaşım edib.
 
"Azərbaycan Aİ üçün önəmli tərəfdaşdır", - diplomat qeyd edib.

"Aİ Azərbaycan və Ermənistan arasında sülh səylərini dəstəkləməyə davam edəcək", - Mordu əlavə edib