İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

İqtisadiyyat.Az  xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də tərxis olunanlar arasındadır.