İranın Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluğu keçmiş prezident Həsən Ruhaniyə qarşı bir neçə cinayət işi açıb.

İqtisadiyyat.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Həsən Ruhani maliyyə bazarlarında dələduzluqda ittiham olunur.

Bildirilib ki, keçmiş prezident məhkəmə qarşısında bir sıra suallara cavab verməli olacaq. Məlumata görə, Ruhani valyuta fırıldaqlığı, eləcə də İran fond bazarına müdaxilə ilə ittiham olunur.

Əlavə edək ki, Həsən Ruhani 2013-cü ilin avqustundan 2021-ci ilin avqustuna qədər İran prezidenti olub.

 

Gözəl Həşimova