İsrail Baş Qərargah rəisi Herzi Halevi ordunun Hizbullaha qarşı növbəti əməliyyatında bütün imkanlarından istifadə edərək çox şiddətli hücum həyata keçirəcəklərini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Halevi İsrailin şimalında bələdiyyə başçıları və yerli səlahiyyətlilərlə görüşərək Livan sərhədindəki təhlükəsizlik vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.

Halevi Hizbullaha qarşı növbəti əməliyyatın çox şiddətli hücum şəklində olacağını və İsrail ordusunun bütün hərbi imkanlarından istifadə edəcəyini qeyd edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında baş verən qarşıdurmalarda həyatını itirən Hizbullah üzvlərinin sayının 194, həlak olan livanlı mülki vətəndaşların sayının isə 35 nəfər olduğu bildirilir.