"Hər il təxminən 1 milyon uşağın qida çatışmazlığı səbəbindən öldüyü təxmin edilir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Qlobal Qida Təhlükəsizliyi Sammitinin açılış proqramında çıxışı zamanı deyib.

Yeməyin mədəniyyətin, inancın və hətta sənətin əhəmiyyətli bir parçası olduğunu vurğulayan Qebreyesus bildirib ki, dünyada bir çox insan, xüsusilə uşaqlar üçün qida çatışmazlığı bir xəstəlik mənbəyidir: "Bugünkü iclasımızı bitirəndə təxminən 900 uşaq lazımi qida ilə təmin olunmadığı üçün artıq ölmüş olacaq".