Qəzza zolağında HƏMAS qruplaşması tərəfindən saxlanılan 240-a yaxın israilli girovun taleyi ilə bağlı məlumat yoxdur .

Bu barədə İqtisadiyyat.az "The New York Times"a (NYT) istinadən xəbər verir.

Məlumata görə, HƏMAS məhbusların sağ olması, onlara yemək və ya dərman verilməsinə dair heç bir sübut təqdim etməyib.

Bildirilib ki, artıq 6 həftədir girovlardan xəbər yoxdur. Eyni zamanda, HƏMAS Beynəlxalq Qızıl Xaç Komitəsinin işçilərinə girovlarla görüşmək üçün icazə verməkdən imtina edib.

 

Gözəl Həşimova