HƏMAS-ın hərbi qanadı ikinci qrup israilli girovları Qırmızı Xaç Cəmiyyətinə təhvil verməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, tərəflər arasında müvəqqəti atəşkəs razılaşması noyabrın 24-ü səhər saatlarında qüvvəyə minib. Həmin gün girovların ilk partiyası azad edilib.

Beləliklə, Qırmızı Xaç Qəzza zolağından 24 əsirdən ibarət qrupun azad edildiyini təsdiqləyib. Onların arasında 12 israillidən əlavə, 12 Tailand vətəndaşı da var.

Öz növbəsində Qətər Xarici İşlər Nazirliyi İsrail həbsxanalarından 39 fələstinli qadın və uşağın azad edildiyini təsdiqləyib.