Oktyabrın 7-də HƏMAS təşkilatının silahlılarının Qəzza zolağında hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Şirkət qeyd edir ki, İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölən və yaralananların sayının artmağa davam edəcəyini vurğulayır.

Daha əvvəl 400-ə yaxın insanın öldüyü bildirilirdi.