ABŞ-nin Havay adalarında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 96 nəfərə çatıb.

İqtsadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, yanğınlar nəticəsində 2200-dən çox bina dağılıb.

Əlavə edək ki, Maui adasında yanğınlar avqustun 8-də külək səbəbindən başlayıb. Havay adalarında baş verən yanğınlar ABŞ-də son 100 ildə ən ölümcül yanğın kimi tarixə düşüb. Adaların bərpasının dəyəri isə 5,52 milyard dollar olaraq qiymətləndirilir.

 

Gözəl Həşimova