Türkiyə xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə Ankarada “Türkiyə Əsri"ndə İqtisadiyyat, Ticarət, Texnologiya və Enerji Paneli” keçirilib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14-cü Səfirlər Konfransının rəsmi açılışından sonra nazir Fidanın moderatorluq etdiyi paneldə xəzinə və maliyyə naziri Mehmet Şimşek, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat və sənaye və texnologiya naziri Fatih Kacır iştirak edib.

Paneldə qlobal iqtisadi və maliyyə vəziyyəti, enerji təhlükəsizliyi, Türkiyənin xarici ticarət əlaqələri, qlobal ticarətin vəziyyəti, milli texnologiya hərəkəti və təchizat zəncirlərinin vəziyyəti kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.

Paneldə dünyanın 5 ən böyük diplomatik şəbəkəsindən birinə malik olan Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə digər nazirliklərin bu sahələrdə koordinasiyanı necə artıra biləcəyi də müzakirə olunub.