Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Nazirimiz Hakan Fidan Sofiyada Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən qəbul edildi", - paylaşımda qeyd edilib.

Görüşün təfərrüatları açıqlanmayıb.

Eyni zamanda, Fidan Sofiyada Bolqarıstanın baş müftisi Mustafa Hacı ilə görüşüb və onunla birlikdə "Kadı Seyfullah Əfəndi məscidi"ni ziyarət edib.