Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, o, Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 27-ci iclasında iştirak edir.

Qeyd edək ki, bu gün Şuşada İƏT-ə üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayıb. İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.