Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzada müharibənin dayandırılması və sülhün bərqərar edilməsi ilə bağlı danışıqlar aparmaq üçün sabah London və Parisə səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

"Qəzza gündəmi ilə 11 noyabr 2023-cü il tarixində Ər-Riyadda toplanan İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısı Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya kimi ölkələrin xarici işlər nazirlərini müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün vəzifələndirmişdi. 

Xarici işlər naziri Hakan Fidan bu ortaq diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün 22 noyabr 2023-cü il tarixində London və Parisə səfər edəcək", - məlumatda qeyd edilib.