"İranın PKK-nın Suriyadan təmizlənməsi üçün bizimlə işləməsi vacibdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Ortaq sərhəd təhlükəsizliyi və terrorla mübarizə ilə bağlı həssaslığımızı ifadə etdik. Məsuliyyətli qonşuluq münasibətləri sülh və sabitlik üçün vacibdir. Biz qarşılıqlı məsələləri dialoq yolu ilə həll etmək istəyirik. Suriya ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişik.

İranın PKK-nın Suriyadan təmizlənməsi üçün bizimlə işləməsi vacibdir. Məsələləri Suriya və Rusiyanın iştirakı ilə 4 tərəfli formatda müzakirə edirik", - Fidan qeyd edib.

"İraqın əsas və qurucu ünsürlərindən biri olan türkmənlərin vətəni Kərkükdə baş verənlərdən kədərlənirik və narahatıq. Son zamanlar Kərkükdə artan PKK varlığının tez bir zamanda təmizlənilməsi lazımdır", - Türkiyə XİN rəhbəri əlavə edib.