Türkiyə xarici işlər naziri Hakan Fidan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, telefon danışığı zamanı Ukraynadakı son hadisələr, taxıl dəhlizinin canlandırılması istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib.