"Fələstin-İsrail münaqişəsi zonasında əməliyyat problemlərinin həlli ilə paralel olaraq həqiqi müstəqil Fələstinin yaradılması üzərində işə başlamaq lazımdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Biz beynəlxalq ictimaiyyətin həm hüquqi, həm də mənəvi öhdəliklərini yerinə yetirməsi üçün intensiv şəkildə çalışırıq. Bu, vacibdir. Ona görə ki, əxlaqi dəyərlər rəhbər olmadıqda, biz bəşəriyyət olaraq yolumuzu itirəcəyik. Biz beynəlxalq birliyin üzvləri olaraq, bu məsələni bütün səviyyələrdə - siyasi və humanitar səviyyələrdə həll etməliyik", - deyə o bildirib.

Fidan təcili atəşkəsə nail olunmasının vacibliyini bəyan edib: "Bizə Qəzzaya humanitar yardımın çatdırılmasında təcili yardım lazımdır. Lakin eyni zamanda, mövcud problemin kökünü həll etməyə - iki dövlətli həll üzərində işləməyə başlamalıyıq".