Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Çin Xalq Respublikasının Yaxın Şərq Məsələsi üzrə xüsusi nümayəndəsi Zhai Cunu qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Fidan Xarici İşlər Nazirliyində Çinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib.

Qəzzadakı son hadisələrin müzakirə edildiyi görüşdə Fidan və Cun regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.