Türkiyənin xarici işlər naziri Hakan Fidan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az xəbər verir ki, söhbət zamanı Qəzza zolağında baş verənlər müzakirə edilib.

"Danışıqlar zamanı Qəzzada baş verən hadisələr müzakirə edilib və XİN rəhbəri İsrailin Qəzzada dinc əhaliyə qarşı törətdiyi cinayətlərin qəbuledilməz olduğunu vurğulayıb. Fidan tezliklə tam atəşkəsin əldə olunmasının və Qəzzaya humanitar yardımın çatdırılmasının vacibliyini bildirib", - Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib.