"Türkiyə xarici işlər naziri Hakan Fidan Amerika tərəfinin xahişi ilə ABŞ-yə səfəri çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli bildirib.

Onun sözlərinə görə, Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (APL) təmas qrupunun tərkibində ABŞ-də səfərdədir.

Mətbuat katibi qeyd edib ki, təmas qrupu Blinkenlə görüşəcək.

Nazirin Amerika tərəfinin xahişi ilə Blinkenlə ikitərəfli görüş keçirəcəyini qeyd edən XİN sözçüsü Fidanın beyin mərkəzlərinin nümayəndələri ilə görüşünün də nəzərdə tutulduğunu əlavə edib.

Keceli qeyd edib ki, təmas qrupu şənbə günü Kanadada görüşlər keçirəcək. Onun sözlərinə görə, Kanadanın baş naziri Castin Trüdo və xarici işlər naziri Melani Coli ilə iki ayrı görüş nəzərdə tutulub.