Gürcüstanın Baş naziri İrakli Kobaxidze Revaz Cavelidzenin hökumət administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq sənəd ölkə hökumətinin saytında dərc olunub.

Qeyd edək ki, Revaz Cavelidze 2022-ci ilin mayında keçmiş Baş nazir İrakli Qaribaşvili tərəfindən hökumət administrasiyasının rəhbəri təyin edilib.

 

Gözəl Həşimova