Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 932 milyon 777,1 min dollar təşkil edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, bu ilin 11 ayı ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1%-ə bərabər olub.

Yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü yerdə qərarlaşıb.