Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya avtomobil yolunun gedən ikinci hissəsi də bağlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri və Qudauri-Kobi məntəqələrində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.