Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, həlak olanlardan dördünün meyiti bu gün tapılıb.

Xatırladaq ki, təbii fəlakətlə əlaqədar Gürcüstanda avqustun 7-si matəm günü elan edilib.