Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 277,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 30,1 % azdır.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 241,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 35,4 milyon dollar olub.

 

Gözəl Həşimova