Azərbaycanla Hindistanın ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 657 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 43,7 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycanın Hindistana ixracının dəyəri 569,8 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 87,1 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova