“Cəlilabad Broyler” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyulun 22-də keçirilməsi nəzərdə tutulub.

Yığıncağın gündəliyi:

1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərin təyin edilməsi.

2. Nizamnamənin qanunvericiliyə uyğunlaşdırılması ilə yeni redaksiyada təsdiqi.

3. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10 000 000 manat məbləğində borc müqaviləsinin təsdiq olunması.

4. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin və yem zavodunun icarəsi müqaviləsinin bəyənilməsi və təsdiq olunması.

5. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.

6. Digər məsələlər. 

Qeyd edək ki, “Cəlilabad Broyler” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 849 238 manatdır. Qanuni təmsilçisi Gülmuradov Elvin Eynur oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 1-dir. Şirkətin əvvəllər hüquqi ünvanı Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 1 olub.

“Azerbaijan Poultry Company” MMC isə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Ucar rayonunda yerləşən şirkətin nizamnamə kapitalı 73 055 200 manat, qanuni təmsilçisi isə Hacıyev Pərviz Yaqub oğludur.