Bu il ən azı 4300 milyonçunun Hindistanı tərk edərək başqa ölkələrdə investisiya biznesinə başlaması gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın “Henley & Partners” konsaltinq şirkətinin proqnozunda deyilir.

Nəticədə Hindistan ölkədən milyonerlərin axınına görə Çin (15,200) və Böyük Britaniyadan (9,500) sonra dünyada üçüncü yeri tutacaq.

Analitikləri qeyd edirlər ki, Hindistandan çoxlu sayda milyonerin xaricə axını o qədər də narahatlıq doğurmur, çünki bu ölkə mühacirət səbəbindən itirdiyindən daha çox yeni zəngin insanlar yaratmağa davam edir.

Şirkətin proqnozuna görə, bu il dünya üzrə sərvəti ən azı 1 milyon dollar olan təxminən 128 min insan yaşadığı ölkəni tərk edəcək.

 

Gözəl Həşimova