Amerikanın silah istehsalçısı "Smith & Wesson Brands" 2024-cü maliyyə ilinin dördüncü rübündə xalis mənfəətini iki dəfə, gəlirini isə 9,9% artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin fevral-aprel dövründə şirkətin xalis mənfəəti 26,1 milyon dollar və ya hər bir səhm üçün 57 sent təşkil edib .

Hesabat dövründə şirkətin gəliri 144,777 milyon dollardan 159,148 milyon dollara yüksəlib.

 

Gözəl Həşimova