Dünyanın ən dəyərli şirkəti olan "Nvidia"nın dəyəri 200 milyard dollar ucuzlaşıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Beləliklə, prosessor istehsalçısı olan "Nvidia"nın dünyanın ən dəyərli şirkəti statusunda qalması uzun sürməyib. Bu həftənin əvvəlində ilk dəfə "Microsoft" və "Apple"ı geridə qoyaraq lider olan şirkətin səhmləri bir neçə gün ərzində 7 faiz ucuzlaşıb.

Nəticədə 3,3 trilyon dollara çatan "Nvidia"nın bazar dəyəri 200 milyard dollardan çox azalıb.

 

Gözəl Həşimova