"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər.