“G7” ölkələrinə münaqişələr və Çinin yaratdığı təhlükə ilə bağlı davam edən yenidən silahlanma planlarını həyata keçirmək üçün 10 trilyon dollardan çox vəsait və 10 il vaxt lazımdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu vəsaitin yığılması vergi, sosial təminat və dövlət kreditləri sahəsində çətin qərarların qəbulu ilə müşayiət olunacaq: "Bu, çox güman ki, müdafiə şirkətlərinin, hökumət maliyyələrinin və maliyyə bazarlarının transformasiyasına gətirib çıxaracaq. Eyni zamanda iqtisadi cəhətdən zəif olan Qərb ölkələri daha ​​çox borc almaq, başqa yerlərdə xərcləri azaltmaq və vergiləri artırmaq arasında çətin seçimlər etməli olacaqlar”.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron NATO ölkələrini hərbi sənaye kompleksinə xərcləri artırmağa çağırıb. O bildirib ki, bu, blokun müstəqilliyini möhkəmləndirəcək.