"G20 ölkələri Yaxın Şərqdə sabitlik üçün Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli ilə bağlı razılığa gəliblər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.

Yeni Dehlinin virtual olaraq keçirdiyi G20 sammitinin sonunda çıxış edən Modi, "Qərbi Asiyada sabitliyin bərqərar olması üçün iki dövlətli həll lazımdır", - deyə qeyd edib.

Hindistanın baş nazirinin sözlərinə görə, G20 ölkələri geosiyasi gərginliyin həlli üçün yalnız dialoq və diplomatiyadan istifadədən yanadırlar.