Füzuli şəhərinə köçürülən yeni ailələr artıq öz mənzillərinə yerləşib.

İqtisadiyyat.az xəbər verir ki, səhər saatlarında “Qobu park 3” yaşayış kompleksindən yola düşən yeni ailələr artıq öz mənzillərinə yerləşiblər.

31 il sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edildikdən sonra ailələr yeni evlərinə yerləşiblər

Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.