Bu gün Füzuli-Ağdam yolunda hərəkət edən "VAZ" markalı avtomobil yol kənarında dayanan traktora çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.