Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə ağır itki üz verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun qaynatası Natiq Əliyev vəfat edib.

Qeyd edək ki, Fuad Nəcəfli ötən il dekabrın 22-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.