Fransa Respublikasının mədəniyyət naziri Rima Əbdül Malakın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 25-27-də Ermənistan Respublikasına rəsmi səfərə gələcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil və Mədəniyyət Nazirliyindən bildiriblər.

Rima Əbdül Malakın rəhbərlik etdiyi nümayəndə heyətinə Senatın deputatı Ann-Lorens Petel, deputat Enn Jeannet, Avropa Parlamentinin üzvü Laurens Fara, Luvr muzeyinin prezidenti-direktoru Laurens de Karre də daxildir. 

Oktyabrın 26-da saat 14:30-da Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransa Respublikasının mədəniyyət naziri Rima Abdul Malakın birgə mətbuat konfransı keçiriləcək.