Fransanın ən yoxsul adası quraqlıq və kifayət qədər sərmayə qoyulmaması səbəbindən quruyub.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Avropa İttifaqının ən kasıb adası olan "Mayotta" getdikcə yoxa çıxır.Afrikanın şərq sahillərindəki bu Fransa ərazisi kifayət qədər sərmayə qoyulmaması və suyun düzgün idarə edilməməsi səbəbilə quruyub. Adada olan kranlardan isə üç gündən bir su gəlir.

Qeyd edək ki, bu adada təxminən 350 min nəfər yaşayır.

 

Gözəl Həşimova