Fransanın cənubundakı Orta Pireney adalarında baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Orta Pireney Qubernatorluğu məlumat yayıb.

Məlumata görə, avqustun 14-də bölgədəki "Saint-Andre", "Sorede" və "Argeles-sur-Mer" yaşayış məntəqələrində başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alına bilib. Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu sayda təyyarələr də yanğına müdaxilə edib. Bildirilib ki, yanğın səbəbilə 3000 nəfər təxliyə edilib, 50-dən çox insan alov və tüstüdən zərər çəkib.

 

Gözəl Həşimova