Bu ilin mayında Fransada istehlak qiymətləri illik müqayisədə 2,6% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) hesabatında deyilir.
Məlumata görə, qiymətlərin 2,4% artdığı aprel ayı ilə müqayisədə inflyasiya sürətlənib. Belə ki, istehlak qiymətləri bu ay 0,6% artımın müşahidə olunduğu aprel ayı ilə müqayisədə 0,1% artıb.
Fransa standartlarına görə hesablanan istehlak qiymətləri may ayında illik ifadədə 2,3% artaraq əvvəlki ayla müqayisədə dəyişməz qalıb. Bir ay əvvəl birinci göstərici 2,2%, ikinci göstərici 0,5% artıb.
Ölkədə ərzaq məhsullarının qiyməti illik ifadədə 1,3% (apreldə - 1,2%), enerji resursları 5,7% (3,8%) artıb. Sənaye məhsullarının qiymətləri dəyişməyib (apreldə 0,1% azalıb), xidmətlərin qiymətləri isə 2,8% (3%) artıb.
Fransada baza inflyasiyası may ayında illik olaraq 1,7% olub, əvvəlki ayla müqayisədə 1,9% azalıb.