Fransada Dövlət Şurasının nəzdində olan məktəblərdəki hicab qadağasından sonra bir çox şagird məktəbə qəbul edilməyib. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Təhsil naziri Qabriel Attal 300-ə yaxın şagirdin məktəbə hicab ilə gəldiyini açıqlayıb. 

Nazirin sözlərinə görə, xəbərdarlıqdan sonra tələbələrin əksəriyyəti hicabını açıb. Lakin 67 şagird qadağaya əməl etmədiyi üçün təhsil ocağına daxil ola bilməyib. 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron qadağanı müdafiə edərək məktəblərdə vahid geyim qaydasına üstünlük verdiyini açıqlayıb. 

Gülşən Şərif