Fransada elektrik enerjisi tarifləri fevralın 1-dən 9,8% artacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TF1" telekanalında ölkənin iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire məlumat verib.

Onun sözlərinə görə, bu, yanvarın 31-də ölkənin "tarif sipəri"nin dayandırılması ilə əlaqədardır. Belə ki, bu, səlahiyyətlilərin elektrik enerjisinin qiymətlərini cilovlamaq siyasətidir və elektrik enerjisinin qiymətinin artması səbəbindən 2022-ci ildə tətbiq edilib.

 

Gözəl Həşimova