Fransanın Sete şəhərində bioyanacaq istehsalı zavodunda partlayış və yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.

Qeyd olunur ki, yanğın nəticəsində müəssisənin əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yerli sakinlər üçün hər hansı riskin olmadığı bildirilir.